Türkiyə mətbuatı: \"Azərbaycan və Türkiyə bir evdə böyümüş iki qardaşa bənzəyir\"-FOTOLAR
Türkiyə
mətbuatı Azərbaycan güləşindən və iki ölkənin güləşdə də qardaşlığından yazıb.
Siasport.az saytı xəbər verir ki, qardaş ölkənin mətbuatı İstanbulda keçirilən
güləş üzrə dünya çempionatında Azərbaycan və Türkiyə münasibətlərinin güləş
idman növüdə də özünü biruzə verdiyini qeyd edib. Yazılanlarda qeyd olunur ki, Azərbaycan Güləş Federasiyasının I
vitse-prezidenti Namiq Əliyev baş nazir Rəcəb Tayyib Ərdoğana Azərbaycan
nümayəndə heyəti adından özəl hədiyyə verib. Hədiyyə isə hər il Azərbaycanda təşkil
olunan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq
"Qızıl Qran-Pri" trnirinin finalları üçün hazırlanmış saat olub.
Vitse-prezident hədiyyəni təqdim edərkən orada FİLA prezidenti Rafael
Martinetti, Türkiyənin gənclər və idman
naziri Suat Kılıç, İstanbul millət vəkili Osman Aşkın Bak, olimpiya çempionu,
Türkiyə millisini üzvü Həmzə Yerlikaya və başqaları olub. "Bizim üçün bu saatın
mənəvi dəyəri böyükdür. Çünki Azərbaycan və Türkiyə bir evdə böyümüş iki
qardaşa bənzəyir. Birlikdə sevinmişik, birlikdə qəmlənmişik. Eyni dildə
danışırıq. Azərbaycanın uğurları bzim üçün önəmlidir. Azərbaycanın qurucusu,
ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsini xatırlamaq
yerinə düşər",- deyə yazıda qeyd olunur.
Daha sonra
isə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə güləşə və ümumilikdə bütün
idman növlərinə qayğısından və Azərbaycanda təşkil olunan möhtəşəm idman
tədbirlərindən söz açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB