Cüdo üzrə Azərbaycan yığma komandasının dünya kubokunda iştirak edəcək heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığma komandasının dünya kubokunda iştirak edəcək heyəti açıqlanıb
Cüdo üzrə Azərbaycan yığma komandasının məşqçilər korpusu Bakıda keçiriləcək dünya kubokunda ölkəmizi təmsil edəcək idmançıların adlarını açıqlayıb. Siasport.az saytı yarışda mübarizə aparacaq Azərbaycan idmançılarının siyahısını təqdim edir: İlqar Müşkiyev, Orxan Səfərov, Rasim Əsədullayev, Vüqar Şirinli (60 kq), Tərlan Kərimov, Nicat Şixəlizadə, Elvin Əhmədli, Rüstəm Orucov (66 kq), Renat Mirzəliyev, Amil Qasımov, Elvin Əhmədov (73 kq), Elxan Rəcəbli, Rüstəm Alimli, Tural Səfquliyev, Mamed Mehtiyev (81 kq), Ramin Qurbanov, Timur Alixanov, Şahin Qəhrəmanov, Kənan Nağıyev (90 kq), Elmar Qasımov, Alixan Həsənov, Rafael Şahverdiyev (hamısı 100 kq), Emil Tahirov və Zaur Abdullayev (hər ikisi +100 kq).

Bütün xəbərlər Facebook səhifəmizdə