Aleksandr Starkov: "Rəqib müdafiə futbolu oynayanda son nöqtəni qoyacaq zərbəni vurmaq çətin olur"-AÇIQLAMA
AZAL-la oyundan sonra "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov matç barədə fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi ilk hissənin "Bakı"nın üstünlüyü ilə keçdiyini deyib: "Xüsusilə ilk hissədə oyun bizim üstünlüyümüzlə keçdi. Rəqib müdafiə futbolu oynayanda son nöqtəni qoyacaq zərbəni vurmaq çətin olur. Bu gün biz də qol imkanlarından yararlana bilmədik. Futbolçularım sona qədər mübarizə apardı. Oyunun sonlarında qol imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB