"Turan"nın futbolçuları məşqə çıxmaqdan imtina etdilər!

"Turan"nın futbolçuları məşqə çıxmaqdan imtina etdilər!
"Turan" klubunun futbolçuları bu gün məşqə çıxmaqdan imtina ediblər. Siasport.az saytı xəbər verir ki, 3 aydır klubdan pullarını ala bilməyən futbolçular, bu gün səhər saat 11-ə təyin olunan məşqə çıxmaqdan imtina ediblər. Vəziyyətin çıxılmaz olduğunu görən baş məşqçi Əsgər Abdullayev məşqi vaxtını dəyişərək saat 13:00-a təyin edib. Amma futbolçular yenə də məşqə çıxmaqdan imtina ediblər. Mənbənin sözlərinə görə, yaxın günlərdə futbolçuların pulu verilməsə, "Turan"lı futbolçular "Rəvan"la oyundan da imtina edəcəklər. Verilən məlumatda bildirilir ki, futbolçular yeməklə də təmin olunmurlar. Komandanın oyunçuları "Turan"ın bazasında makaron və kartof yeməkdən cana doyaraq, yaxınlıqdakı dükanlardan borca yemək almağa başlayıblar. Mənbə onu da bildirib ki, artıq futbolçuların dükanlara borcu çoxaldığından, dükan sahibləri də oyunçulara borca ərzaq verməkdən imtina edib. Dözülməz həddə çatan bu vəziyyətin nə qədər davam edəcəyi isə maraq doğurur!


stadium.az

Bütün xəbərlər Facebook səhifəmizdə