Əşrəf Əliyev: “Nəticəm mənim üçün də sürpriz oldu\"-AÇIQLAMA

Əşrəf Əliyev: “Nəticəm mənim üçün də sürpriz oldu\"-AÇIQLAMA
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında ən sevindirici məqamlardan biri debütant Əşrəf Əliyevin bürünc medal qazanması idi. Siasport.az saytı xəbər verir ki, çoxlarının gözləmədiyi halda fəxri kürsüyə qalxan idmançı təəssüratlarını bölüşüb: "Nəticəm mənim üçün də sürpriz oldu. Dünya arenasında ilk çıxışım idi. Çox sevinirəm. Müəllimlərimə, yığmanın məşqçilərinə təşəkkür edirəm. Çempionluq üçün daha çox çalışmalıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə