Qılıncoynatma üzrə ölkə çempionatı keçirilib

Qılıncoynatma üzrə ölkə çempionatı keçirilib
Qılıncoynatma üzrə ölkə çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarış Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda təşkil olunub. Çempionatda "Neftçi" idman sağlamlıq mərkəzi (İSM), 8 saylı ixtisaslaşdırılmış olimpiya ehtiyatları Uşaq-gənclər idman məktəbləri (İOEUGİM), 14 saylı Uşaq-gənclər idman məktəbi (UGİM) və idman təşkilatlarını təmsil edən 42 idmançı (28 kişi, 14 qadın) sablya və şpaqa növləri üzrə mübarizə aparıb.
Çempionatda şpaqa növü üzrə qadınlar arasında I yeri Yuliya Nelyubova ("Neftçi" İSM), II yeri Elmira Xudaverdiyeva (8№ İOEUGİM), III yeri Samirə Hüseynova (8№ İOE UGİM) və Nəzrin Əlizadə (8№ İOEUGİM) tutublar. Sablya növü üzrə isə fəxri kürsünün ən yüksək pilləsinə Aida Ələsgərova ("Neftçi" İSM) qalxıb. İkinci yerə Sevil Bünyatova ("Neftçi" İSM), III yerə Sevinc Bünyatova ("Neftçi" İSM) və Sabina Mikina ("Neftçi"İSM) layiq görülüblər.
Kişilər arasında mübarizənin şpaqa növü üzrə I yerdə Kənan Əliyev (8№ İOEUGİM), II yerdə Fərid Məmmədov (8№ İOEUGİM), III yerdə Nəcəf Məhərrəmov (8№ İOEUGİM), Aslan Balaoğlanov (14№ UGİM) qərarlaşıblar. Sablya növü üzrə qızıl medala Samir Məmmədov ("Neftçi" İSM) yiyələnib. İkinci yerə Azər Tağıyev ("Neftçi" İSM), III yerə Sabir Zeynalov (8№ İOEUGİM), Yusif Budaqov ("Neftçi" İSM) layiq görülüblər.
Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Azərbaycan Gənclər və İdman Nazirliyi təfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə