"Barselona" "Çelsi"nin braziliyalı futbolçusuna "elçi düşüb"

"Barselona" "Çelsi"nin braziliyalı futbolçusuna "elçi düşüb"

İngiltərənin "Çelsi" futbol klubunun 24 yaşlı braziliyalı futbolçusu David Luizin "müştərilərinin" sayı çoxalır. Siasport.az saytı xəbər verir ki, əgər "zadəganların" futbolçusuna bir müddət bundan əvvəl İngiltərənin bir başqa nəhəngi "Liverul" sahib çıxmaq istəyirdisə, indi bu sıraya İspaniyanın "Barselona" futbol klubu da daxil olub. İngiltərənin "The Sun" qəzeti yazır ki, katalon klubunun 24 yaşlı braziliyalı futbolçunu heyətinə qatmaq istəyi çox böyükdür. Belə ki, "Barselona"lı menecerlər dünən "zadəganların" transfer departamentində olaraq bu futbolçunun İspaniya təmsilçisinə transfer olunması üçün danışıqlara başlayıblar. İngilis qəzeti iddia edir ki, "Çelsi" rəhbərliyi də yaxşı transfer qiymətinə braziliyalı futbolçunu "əldən çıxarmaq" istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə