“Qəbələ”nin rəisi "Neftçi" ilə matç haqqında danışdı

“Qəbələ”nin rəisi "Neftçi" ilə matç haqqında danışdı
Azərbaycan Premyer Liqasının VI turunda iki iddialı komanda – "Neftçi" və "Qəbələ" Tofiq Bəhrəmov adına Respublika stadionunda qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, "Qəbələ" komandasının rəisi Ramiz Kərimovun bildirdiyinə görə, vacib oyun öncəsi futbolçuların əhval-ruhiyyəsi yüksəkdir: "Neftçi" ilə oyuna ciddi hazırlaşırıq. Ardıcıl iki oyun məğlub olan "Neftçi" bizə qarşı tam gücü ilə mübarizə aparacaq. "Neftçi" ilə səfər oyununun çətin keçəcəyini düşünürəm. Bu oyunda qırmızı vərəqə cəzalısı kapitan Mahir Şükürov və zədəli olan yarımmüdafiəçi Rövşən Əmiraslanovun xidmətindən yararlana bilməyəcəyik. Buna baxmayaraq, hər oyunda olduğu kimi "Neftçi" ilə qarşılaşmaya da yalnız qələbə qazanmaq üçün çıxacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə