UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları başlanılıb. Siasport.az saytı xəbər verir ki, ilk oyun gününün ən maraqlı qarşılaşması "H" qrupunda olub. Yarışın son qalibi "Barselona" doğma "Nou Kamp"da son İtaliya çempionu "Milan"la üzləşib. Sülhlə başa çatan oyunda qapılara 4 qol vurulub.
Bu qrupun ikinci digər matçı isə sürpriz edərək, ÇL-in qrup mərhələsinə düşən Çexiya çempionu "Viktoriya" ilə Belorusiya BATE-si arasında olub. Qonaq komanda səfərdə 1 xal qazanıb.
Günün maraq doğuran qarşılaşmalarından biri İngiltərədə baş tutub.Londonda "Çelsi"Almaniyanın "Bayer" klubunu qəbul edib. "Valensiya" isə Belçikada yerli "Genk" ilə qarşılaşıb.
"F"" qrupunda yer alan Dortmund "Borussiya"sı və"Arsenal"arasında görüş gərginliyi ilə yadda qalıb. Matç 1:1 hesabıyla başa çatıb. Bu qrupda "Olimpiakos" öz meydanında "Olimpik"ə uduzub.
Rusiya Premyer Liqasının son çempionu "Zenit" digər sürpriz komanda – Kiprin APOEL (Nikosiya) klubu ilə qarşılaşıb. Avroliqanın son qalibi "Portu" isə möhtəşəm "Draqao" stadionunda Ukrayna çempionu "Şaxtyor"u imtahan edib və qalib gəlib.
13 sentyabr
Çempionlar Liqası, I turun oyunları
"E" qrupu
23:45. "Genk" (Belçika) – "Valensiya" (İspaniya) 0:0
23:45. "Çelsi" (İngiltərə) – "Bayer" (Almaniya) 2:0
Qollar: David Luiz 67, Mata 90.
"F" qrupu
23:45. "Olimpiakos" (Yunanıstan) – "Olimpik" (Fransa) 0:1
Qol: Luço Qonsales 51.
23:45. "Borussiya" (Almaniya) – "Arsenal" (İngiltərə) 1:1
Qollar: Perişiç88 - Van Persi 51.
"G" qrupu
23:45. APOEL (Kipr) – "Zenit" (Rusiya) 2:1
Qollar: Manduka 73, Aylton 75 - K.Zıryanov 63.
23:45. "Portu" (Portuqaliya) – "Şaxtyor" (Ukrayna) 2:1
Qollar: Halk 28, Kleber 51 - Adriano 12.
"H" qrupu
23:45. "Barselona" (İspaniya) – "Milan" (İtaliya) 2:2
Qollar: Pedro 36, David Vilya 50 - Pato 1, Tyaqo Silva 90+2.
23:45. "Viktoriya" (Çexiya) – BATE (Belorusiya) 1:1
Qollar: Bakoş 45+1 - Renan Bressan 69.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB