İngiltərənin "Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş, "zadəganlar"ın ispaniyalı ulduz futbolçusu Fernando Torresə sərt xəbərdarlıq edib. Siasport.az saytı xəbər verir ki, 33 yaşlı portuqaliyalı futbol mütəxəssisi, "Liverpul"dan 50 milyon avroya transfer olunan ulduz futboçu ilə söhbətində ondan ona göstərilən etimadı doğrultmağı, "Çelsi" azarkeşlərinin rəğbətini qazanmaq üçün "ayaqlarını işə salmağı" tələb edib. "Mail Daily" qəzeti yazır ki, yenicə başlanan İngiltərə Premyer Liqasının arxada qalan bir neçə turu ərzində də elə keçən ilki mövsümdə göstərdiyi pis oyununu təkrarlayan F.Torresi bu sindromu dayandırmağa çağıran Boaş, öz oyununda heç bir dəyişiklik yaratmayacağı təqdirdə onun "Çelsi"nin heyətində ilk 11-liyə daxil edilməyəcəyini qəti şəkildə onun diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB