Rəşad Abdullayev: "Oyun ərəfəsində özümüzü "yandırmaq" istəmirik"-AÇIQLAMA
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev bu gün keçiriləcək Premyer Liqanın 5-ci turunun "Xəzər Lənkəran"la oyunu öncəsi fikirlərini açıqlayıb. Siasport.az saytı azerisport.az saytına istinadən xəbər verir ki, açıqlamasında futbolçu bunları dilə gətirib: "Komanda olaraq biz münaqişəni daha da qızışdırmamağa çalışırıq. Əlbəttə, oyun ətrafındakı ajiotaj heç də az deyil. Amma biz oyun ərəfəsində özümüzü "yandırmaq" istəmirik. Şübhəsiz ki, oyunun gedişində matçın məsuliyyətini daha yaxşı dərk edirsən. Oyundan öncə isə əlavə nəyəsə ehtiyac yoxdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB