Bir çox ulduz futbolçuları heyətinə qataraq nəinki Rusiyada, bütün Avropada diqqətləri özünə çəkən Mahaçqalanın "Anji" futbol klubu, daha bir senasasiyalı təkliflə çıxış edibmiş. Siasport.az saytı xəbər verir ki, böyük biznes şəbəkəsinə sahib olan iş adamı Süleyman Kərimov, bu dəfə əsas "hədəf" kimi Madrid "Real"ının portuqaliyalı baş məşqçisi Joze Maurinyonu seçibmiş.
Məsələ burasındadır ki, rusiyalı milyarder, J.Maurinyoya "Anji"nin baş məşqçisi olmağı təklidf edib. İspaniyanın kifayət qədər ciddi və nüfuzlu idman nəşri hesab olunan "Marça" yazır ki, rusiyalı iş adamı, "Anji"nin baş məşqçisi olmağa razılıq verəcəyi təqdirdə J.Maurinyoya ildə 25 milyon avro maaş verməyi vəd edib. Lakin portuqaliyalı futbol mütəxəssisi heş düşünmədən bu təklifi rədd edibmiş. Qəzet iddia edir ki, bundan qabaq J.Maurinyoya bu təkliflə "Mançester Siti"nin sponsoru olan ərəb şeyxləri də üz tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB