İstanbulun \"Qalatasaray\" futbol klubunun baş məşqçisi Fatih Terim, \"Bursaspor\"dan \"cim bom\"a yenicə transfer olunan Sercan Yıldırıma xəbərdarlıq edb. Siasport.az saytı xəbər verir ki, buna səbəb, ərköyünlüyü və idarəolunmazılığı ilə tanınan 21 yaşlı futbolçunun bu hərəkətlərinin \"Qalatasaray\"da da təkrar olunmaması ilə bağlıdır. Türkiyənin \"Milliyet\" qəzeti yazır ki, 57 yaşlı təcrübəli mütəxəssis, S.Yıldırımla söhbətində ona qarşı sərt nizam-intizam tədbirlərini işə salacağını və daima \"gözünün onun üstündə\" olacağını bildirib.
F.Terim onun dediklərinə qulaq asacağı təqdirdə S.Yıldırımı əla və ugurlu bir koryera gözləyəcəyini onun diqqətinə çatdırıb. 21 yaşlı futbolçu da yeni komandasında nizam-intizamlı olacağını və komanda yoldaşlarına nümunə olacağını F.Terimin nəzərinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB