Natəvan Həbibi Azərbaycan - Belçika matçından böyük məbləğdə uduş əldə edib

Natəvan Həbibi Azərbaycan - Belçika matçından böyük məbləğdə uduş əldə edib
Tanınmış müğənni Natəvan Həbibi sentyabrın 2-də AVRO-2012-nin seçmə oyunları çərçivəsində Bakıda keçirilən Azərbaycan - Belçika matçının nəticəsini əvvəlcədən dəqiqliklə təxmin edib. Siasport.az saytı day.az-a istinadən xəbər verir ki, Natəvan matça cəmi bir neçə saat qalmış oyunun 1:1 hesabı ilə başa çatacağını deyib.
\"Müxtəlif hadisələrin nəticələrini tez-tez təxmin edirəm. Amma düzünü desəm, futbol qarşılaşmalarının nəticəsini indiyədək proqnozlaşdırmamışdım. Bundan başqa, futbol totalizatorunda elə həmin nəticəyə \"stavka\" qoymaq qərarına gəldim. Böyük məbləğdə uduş əldə etmişəm\", deyə müğənni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə