Türkiyə əcəl təri tökdü!-VİDEO

Avro 2012-nin seçmə mərhələsində A qrupunda Türkiyə qrup autsayderi Qazaxıstan yığmasının qəbul edib. Siasport.az saytı xəbər verir ki, \"Türk Telekom Arena\"da baş tutan görüşdə türklər qazaxları 90+6-cı dəqiqədə vurduğu qolun hesabına məğlub edib. Belə ki, oyuna aşkar üstün başlayan ay-ulduzlular ilk hissədə 31-ci dəqiqədə Burak Yılmaz ilə önə keçiblər. İlk hissə türklərin nəzarəti altında yekunlaşıb. Fasilədən qayıdandan sonra isə qardaş ölkənin millisi tam bir şok yaşayıb. Belə ki, sağ cinahdan irəliləyən Qazaxıstan millisinin oyunçusu Konsubayev status-kvonu bərpa edib. Onun cinahdan asması qapıya yönəlib. Bu epizodda Volkanın səhvi qola şərait yaradıb. Ancaq 90+6-cı dəqiqədə Arda Turanın cərimə zərbəsindən vurduğu qol hesabına türklər aktivinə 3 xalla yanaşı, millimizin köməyi ilə qrup ikinciliyini də yazdırdı.

Xatırladaq ki, matçın 90+2-ci dəqiqəsində Səlçuq İnan rəqibə qarşı kobud oynadığından qırmızı vərəqə ilə cəzalanıb.

Heyətlər:

Türkiyə: Volkan Demirəl , Sabri Sarıoğlu , Egemən Qorxmaz , Sərdar Kəsimal , Hakan Balta , Arda Turan , Səlçuq İnan , Əmrə Bələzoğlu (Dk. 60 Gökhan Töre ), Mehmet Əkici (Dk. 51 Səlçuq Şahin), Kazım Kazım (Dk. 82 Umut Bulut ), Burak Yılmaz

Qazaxıstan: Mokine , Goorman , Moukhtarov , Logvinenko , Kirov , Konysbayev (Dk. 86 Nousserbayev ), Shakhmetov (Dk. 81 Baizhanov ), Nourdauletov , Schmidtgal , Khairouline (Dk. 67 Ostapenko ), Gridine

Qollar: Dk. 31 Burak Yılmaz, Dk. 90+6 Arda Turan (Türkiyə), Dk. 55 Konysbayev (Qazaxıstan)

Qırmızı Vərəqə: Dk. 90+2 Selçuk İnan (Türkiye)

Sarı Vərəqə: Dk. 29 Sabri Sarıoğlu, Dk. 79 Arda (Türkiyə), Dk. 76 Logvinenko, Dk. 90+1 Mokine, Dk. 90+4 Nousserbayev (Qazaxıstan)



Bütün xəbərlər Facebook səhifəmizdə