Sloveniyada akademik avarçəkmə üzrə dünya çempionatı keçirilir. Siasport.az saytı xəbər verir ki, burada idmanın bu növü üzrə olimpiya lisenziyaları uğrunda mübarizə gedir. Azərbaycan yığmasının üzvləri Aleksandr Aleksandrov və Natalya Mustafayeva 2000 metr məsafədə yarışların yarımfinalına çıxıblar. Təsəlli yarışlarında üçüncü yeri tutan N.Mustafayeva yarımfinala çıxıb. Aleksandr isə dörddə bir finalda üçüncü yeri tutub. Beləliklə, idmançılarımızın hər ikisi olimpiya lisenziyası qazanmağa doğru daha bir addım atıblar.
Hətta finala çıxmadan bu lisenziyaya sahib olmaq üçün çempionatın ən yaxşı idmançıları sırasına daxil olmaq kifayətdir. Qaydalara görə, olimpiya lisenziyaları əldə etmək üçün A.Aleksandrov kişi avarçəkənlər arasında ən yaxşı 11 idmançı sırasına, Mustafayeva isə qadın avarçəkənlər arasında ən yaxşı "doqquzluğa" daxil olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB