\"Çelsi\" qələbə qazandı, Roman Abromoviçin üzü güldü!

\"Çelsi\" qələbə qazandı, Roman Abromoviçin üzü güldü!

İngiltərə Premyer Liqasının birinci turuna xal itkisi ilə başlayan Londonun \"Çelsi\" futbol klubunda, indi hər kəs artıq bir az rahat nəfəs almağa başlayıb. Siasport.az saytı xəbər verir ki, 33 yaşlı portuqaliyalı baş məşqçi Boaş Villanın \"zadəğanlar\"ın sükanı arxasındakı ilk debütü uğursuz alınsa da, ikinci tur çərçivəsində şənbə günü \"Vesthem Bromoviç\"lə keçirilən qarşılaşmada \"Çelsi\"nin çətin də olsa 2:1 hesablı qələbə qazanması, gənc mütəxəssisə qarşı baş qaldıran narazıçılıqları səngidib. İngiltərə mətbuatı yazır ki, qarşılaşmadan sonra \"Çelsi\"nin rusiyalı milyarder sahibi Roman Abramoviç, gənc mütəxəssisə zəng edərək onu təbrik edib.

Xatırladaq ki, hazırda İspaniyanın \"Real\" futbol klubunun sükanı arxasında olan məşhur portuqaliyalı həmkarı Joze Maurinyonun davamçısı adlandırılan 33 yaşlı mütəxəssis, iddialı açıqlamlarla çıxış edərək, məhz \"Çelsi\"inin sükanı arxasında bütün titulları qazanaraq futbolu buraxmaq fikrində olduğunu dilə gətirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə