"Şalke" özünə gəlir...


Ötən gün keçirilən iki oyunla Almaniya Budesliqasının III tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, günün ilk qarşılaşmasında "Mainz" öz meydanında "Şalke"ni qəbul edib. Oyun meydan sahibləri üçün yaxşı başlayıb. İlk hissəni 2:0 üstün başa vuran "Mainz" fasilədən sonra rəqibi ilə bacarmayıb.İkinci hissədə 4 qol vuran "Şalke" futbolçuları əzmkar qələbə qazanıblar. Günün digər qarşılaşmasında isə "Hannover" "Herta" ilə üz-üzə gəlib. Bu oyunda isə qalib müəyyənləşməyib - 1:1.

"Mainz" - "Şalke" - 2:4
Qollar: İvansiç, 7 (1:0), Soto, 12 (2:0), Huntelar, 57 (2:1), Hövedes, 64 (2:2), Matib, 82 (2:3), Fuks, 90 (2:4)


"Hannover" - "Herta" - 1:1
Qollar: Pinto, 33 (1:0), Lasoqqa, 83 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə