Kiyevin “Arsenal” klubunun futbolçusu avtomobil qəzasında həyatını itirib

Kiyevin “Arsenal” klubunun futbolçusu avtomobil qəzasında həyatını itirib

Kiyevin "Arsenal" klubunun futbolçusu Yevqeni Evseyev avtomobil qəzasına düşüb. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İvanov-Krankoski şəhərində baş verib. Hadisə zamanı avtomobildə futbolçu ilə birlikdə daha iki nəfər də olub. Futbolçu aldığı zədələrdən həlak olsa da, hər iki sərnişin yüngül bədən xəsarətləri ilə canlarını qurtara biliblər. Xatırladaq ki, ötən ilin yayında Yevqenin atası - "Arsenal" klubunun keçmiş baş məşqçisi Vasili Evseyev də avtomobil qəzasına düşərək həlak olmuşdu.

E.Evseyev Kiyevin "Dinamo" klubunun yetirməsi idi. Ölkənin "Smena-Obolon" və "Otradnıy" futbol klublarının da şərəfini qorumuşdu. Yevseyev peşəkar futbola Ukrayna çempionatının birinci dəstəsində çıxış edən "ÇSKA" komandasında 2004-cü ildə başlayıb. Həmin vaxt Yevgenin atası "ÇSKA" komandasının baş məşqçisi olub.

Y.Yevseyev Kiyevin "Arsenal" klubunda 2007-ci ildən çıxış edirdi.


Bütün xəbərlər Facebook səhifəmizdə