Vaqif Əliyev: "İstəməzdik ki, Bəhmən müəllim istefa versin, amma biz qalib gələcəyik"-AÇIQLAMA
"Simurq" klubunda əhval-ruhiyyə yüksəkdir. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun icraçı direktoru Vaqif Əliyev açıqlama verib. O, doğma meydanda qələbə qazanmaq istədiklərini qeyd edib: "Müdafiəçimiz Aleksandr Şemonayev ilk turda AZAL ilə oyunda qırmızı vərəqə aldığı üçün cəzalıdır və "Rəvan"la matçda oynamayacaq".
Vaqif Əliyev "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənovun ""Simurq"la oyunda uğursuzluq olsa, istefa verəcəm" sözlərinə də münasibətini bildirib: "Bəhmən müəllim çox gözəl komanda formalaşdırıb. Onlar sonadək mübarizə aparırlar. İstəməzdik ki, Bəhmən müəllim istefa versin, amma biz qalib gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB