Boks üzrə milli komandamız təlim-məşq toplanışında iştirak etmək üçün İtaliyaya yollanıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Yevgeni Kotov, məşqçilər Nəriman Abdullayev və Ruslan Xairovun rəhbərliyi altında Appenin yarımadasına 14 boksçu gedib. Sardinya yarımadasında yerləşən dağlıq ərazidə keçiriləcək toplanışda beş çəki dərəcəsində - 52, 64, 69, 81 və 91 kq-da iki idmançımız iştirak edəcək. Bunlar Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (52 kq), Heybətulla Hacəliyev (64 kq), Romal Amanov (64 kq), Osman Əliyev (69 kq), Emin Əhmədov (69 kq), Ramil Əliyev (81 kq), Ramazan Məhəmmədov (81 kq), Teymur Məmmədov (91kq) və Abdulqadir Abdullayevdir (91 kq). Digər çəki dərəcələrində isə Salman Əlizadə (49 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) milli komandanın heyətinə cəlb olunublar. İtaliya toplanışı avqustun 23-dək davam edəcək. Milli komandanın baş məşqçisi Yevgeni Kotovun sözlərinə görə, boksçularımız Asisse şəhərində 70 faiz ümumi fiziki hazırlığın artırılması üzərində işləyəcəklər. Məşqlərin yalnız 20-30 faizi taktiki-texniki hazırlığa həsr olunacaq. Toplanış müddətində İtaliya boksçuları ilə sparinq-döyüşlərin keçirilməsi də nəzərdə tutulub. İtaliya toplanışından sonra Bakıya dönəcək milli komanda dünya çempionatına son hazırlığı Rusiya yığması ilə birgə Moskvaətrafında yerləşən Çexov şəhərində keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB