Qurban Qurbanov: \"Qalibiyyət bizi sevindirsə də, mərhələ adlamamağa görə çox təəssüflənirik\"-AÇIQLAMA

Qurban Qurbanov: \"Qalibiyyət bizi sevindirsə də, mərhələ adlamamağa görə çox təəssüflənirik\"-AÇIQLAMA
\"Çox ağır oyun oldu. 90 dəqiqə üstün, mübariz oyun göstərdik. Təəssüf ki, digər klublarımız kimi komandamız da Avropa yarışında mübarizəni dayandırdı. Ancaq bizim turniri qələbə ilə başa vurmağımız yaxşı oldu\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Qarabağ\"ın baş məşqçisi Qurban Qurbanov deyib.
\"Brügge\" ilə oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi futbolçulara təşəkkür edib: \"Futbolçularım çox sağ olsunlar. Sona kimi döyüşərək, buna nail oldular. Qələbə ilə sizləri və azarkeşləri hardasa ümidləndirdik. Qalibiyyət bizi sevindirsə də, mərhələ adlamamağa görə çox təəssüflənirik\".
Qurban bəy azarkeşlərə də minnətdarlıq edib: \"Bu gün bizi az sayda və çox dəyərli azarkeşlər dəstəklədi. Sona qədər bizə inandıqları üçün onlara təşəkkür edirəm\".
Qurbanov bundan sonra diqqəti çempionata yönəldəcəklərini deyib: \"Artıq bu oyunu unudub komandanı çempionata kökləməliyəm. Futbolçularım ustalıqlarını artırmalı və təcrübə qazanmalıdılar. Vaxtımız az da olsa, artıq çempionat oyunlarına tam hazır olmalıyıq. İstirahət etmək üçün imkanımız yoxdur. Bilirəm ki, futbolçular çox yorulub. Mənlik olsa onlara bir aylıq imtirahət verərəm. Amma vaxt yoxdur. Bilirik çempionat çətin olacaq. Amma mübarizə aparacağıq\".
Baş məşqçi bir daha legioner transferinin olmayacağını bildirib: \"Biz legioner haqda düşünmürük. Əsasən yerli oyunçulara üstünlük verəcəyik. Çünki legionerlərlə uğur qazana biləcəyimizə söz verə bilmərəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə