Quti "Beşiktaş"ın kapitanı olmaqdan niyə imtina etdi?

Quti "Beşiktaş"ın kapitanı olmaqdan niyə imtina etdi?

İstanbulun "Beşiktaş" futbol klubunun ispaniyalı ulduz futbolçusu Quti Hernantez, İstanbul klubunun kapitanı olmaqdan imtina edib. Siasport.az saytı xəbər verir ki, Quti, dünən "Beşiktaş"ın futbol üzrə koordinatoru Çingiz Zülfüqaroğlu ilə görüşündə kapitanlıq bantını təhvil verərək, bunu daha çox İbrahim Toramanın daşımağa layiq olduğunu deyib. Türkiyə mətbuatı isə iddia edir ki, Qutinin bu addımı daha çox onun tərəfindən açıq şəkildə "Beşiktaş"la vidalaşmaq üçün atılmış addımdır. Qardaş ölkə mətbuatının yazdığına görə, ispaniyalı futbol ulduzu çox yaxın zamanlarda "qara qartalla" vidalaşmaq istəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə