Bu gün "Bakı" futbol klubu və Azərbaycan milli komandasının yarmmüdafiəçisi Elvin Məmmədovun 23 yaşı tamam olur.
Elvin 1988-ci ilin 18 iyul tarixində Tovuz şəhərində anadan olub. Futbolçu karyerasına da 2008-ci ildə, məhz, bu şəhəri təmsil edən "Turan" klubunda başlayıb. 2005-2008-ci illlər ərzində "Turan"ın heyətində 65 oyun keçirən Elvin Məmmədov 17 qola imza atıb. 2008-2009-cu illər mövsümündə Bakı "İnter"inin heyətində çıxış edən Elvin 27 oyunda meydanda olub, 5 dəfə rəqib qapılarına yol tapıb. Ardından "Qarabağ" klubuna transfer olunan istedadlı yarımmüdafiəçi son iki mövsümü (2009-2011) Ağdam təmsilçisinin heyətində keçirib, 28 oyunda 8 qol vurub.
2011-ci ilin iyun ayından etibarən "Bakı"ya transfer olunan 23 yaşlı futbolçu eyni zamanda da Azərbaycan milli komandasıının əsas simalarından biridir. 20 yaşında yığmaya dəvət alan Elvin milli formada 22 dəfə meydana çıxıb, komandanıın 7 qolunun müəllifidir.
Boyu 175 sm, çəkisi 67 kq-dır.
Siasport.az saytının kollektivi futbolçunu təbrik edir, karyerasında ona uğurlar arzulayır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB