Yığmamız Sumqayıt təmsilçisi ilə qarşılaşacaq

Yığmamız Sumqayıt təmsilçisi ilə qarşılaşacaq
Bu gündən etibarən Sumqayıt şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyulun 16-da yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, yığmamız "Sumqayıt Şəhər" klubunun əvəzedici komandası ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına stadionda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə