Manuel Pelleqri Rud Van Nistelroyu məşqdən niyə qovdu?

Manuel Pelleqri Rud Van Nistelroyu məşqdən niyə qovdu?

Deyəsən Almaniyanın "Hamburq" futbol klubundan İspaniyanın "Malaqa" klubuna transfer olunan hollandiyalı futbol ulduzu Rud Van Nistelroy, bu addımına görə peşmançılıq hissi keçirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, buna səbəb, "Malaqa"nın baş məşqçisi Manuel Pelleqrinin hollandiyalı futbolçunu məşqdən qovmasıdır. "Tribalfootball.com" yazır ki, 35 yaşlı hollandiyalı hücumçu komanda yoldaşları Duda və Kris Stadsqardla birgə saat 8:00-da başlanan səhər çalışmalarına 4 dəqiqə gecikib ki, bu da baş məşqçini yaman qəzəbləndirib. İndi hollandiyalı ilə baş məşqçi arasındakı münasibətlərin yoluna qolyulması üçün həttda klub rəhbərliyinin də "qollarını çırmadığı" bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə