"Qarabağ" klubu Farer adalarındadır

"Qarabağ" klubu Farer adalarındadır

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Streymur"la qarşılaşacaq "Qarabağ" artıq Farer adalarındadır. Siasport.az saytı xəbər verir ki, bu günü tək məşqlə keçirəcək Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 18:00 oyunun baş tutacağı "Qundadalur" stadionunda hazırlıq keçəcək. "Qarabağ" oyunqabağı son məşqini isə sabah yerli vaxtla saat 11:30-da keçirəcək.

Xatırladaq ki, "Streymur" - "Qarabağ" oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə