2011-ci ildə Olimpiya oyunlarında iştirak etmək üçün idmanın daha dörd növündə lisenziyalar oynanılacaq

2012-ci ildə Londonda (İngiltərə) keçiriləcək XXX Olimpiya və XIV Paralimpiya oyunlarına hazırlığın əsas mərhələsi 2011-ci ildir. Siasport.az saytı xəbər verir ki, Olimpiya oyunlarında iştirak etmək üçün 2011-ci ildə idmanın daha 4 növündə lisenziyalar oynanılacaqdır: suya tullanma – iyul, Şanxayda (ÇXR) keçiriləcək Dünya çempionatında, baydarka və kanoedə avarçəkmə - avqust, Seqed (Macarıstan) şəhərində keçiriləcək Dünya çempionatında, cüdo – avqust, Parisdə (Fransa) keçiriləcək Dünya çempionatında, boks – sentyabr, Azərbaycan paytaxtında keçiriləcək Dünya çempionatında. Bizim idmançılardan Dmitri Marşin (yüngül atletika), Soltan Mihiddinov (boks), Fəridə Əzizova və Ramil Əzizov (hər ikisi - taekvondo) Olimpiya oyunlarında iştirak etmək üçün artıq lisenziya alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə