"Stok Siti" "Tottenhem"in 31 yaşlı futbolçusunu transfer etdi

"Stok Siti" "Tottenhem"in 31 yaşlı futbolçusunu transfer etdi
İngiltərənin "Stok Siti" futbol klubu yeni mövsümün hazırlıqlarına start verib. Siasport.az saytı xəbər verir ki, ingilis klubu heyətini gücləndirmək və yeni mövsümdə iddialı çıxış etmək üçün transfer işlərinə də start verib. Belə ki, "Stok Siti" bir başqa ingilis futbol klubu olan "Tottenhem"in forvardı Jonathan Woodgateni heyətinə qatıb. "Stok Siti"nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığı və futbolçunun "Stok Siti"nin yeni mövsümdəki uğurları üçün çalışacağı vurğulanıb.
Xatırladaq ki, 2008-ci ildə "Tottenhem"ə transfer olunan 31 yaşlı J.Woodgate, son iki ildə bu komandanın heyətində cəmi 4 dəfə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə