Futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib

Futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib
Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak edib. Ümumilikdə yarışda 220 nəfər yeniyetmə futbolçu çıxış edib.
Yarımfinala çıxan Nərimanov və Yasamal rayon komandaları arasında keçirilən oyunda 0:1 hesabı ilə Yasamal rayon komandası, Nizami və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə 2:3 hesabı ilə Qaradağ rayon komandası qalib gəlib.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Yasamal və Qaradağ rayon komandaları arasında keçirilən gərgin oyundan 0:1 hesabı ilə Qaradağ rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Nizami və Nərimanov rayon komandaları arasında keçirilən oyunda 0:3 hesabı ilə Nərimanov rayon komandası qalib gəlib. Beləliklə, yarışda 1-ci yerə "Qaradağ" rayon komandası, 2-ci yerə "Yasamal" rayon komandası, 3-cü yerə isə "Nərimanov" rayon komandası layiq görülübər.
Yarışda II,III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və I yeri tutmuş komandaya "Sevinc" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə