Fatih Terim israr etdi, "Qalatasaray" rəsmən Volkan Şəni "Bursaspor"dan istədi!

Fatih Terim israr etdi, "Qalatasaray" rəsmən Volkan Şəni "Bursaspor"dan istədi!
İstanbulun "Qalatasaray" futbol klubu rəsmi şəkildə "Bursaspor"un gənc futbolçusu Volkan Şəni transfer etmək haqda qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun rəhbərliyi tərəfindən qəbul olunan bu qərarda, heç şübhəsiz ki, komandanın baş məşqçisi olan Fatih Terimin də xüsusi rolu var. Məsələ burasındadır ki, məhz "imperator" "Bursasopr"lu gənc futbolçunun transfer olunmasını israrla klub rəhbərliyindən tələb edib. Hazırda iki klub arasında danışıqlar aparıldığı barədə məlumat verən Türkiyə mətbuatı, "cim bom"un V.Şənin transferi üçün 3 milyon avro pul və Sərkan Kurtuluşu gözdən çıxartdığını yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə