Əziz Yıldırım ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi!

Əziz Yıldırım ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi!

ıƏn son əldə etdiyimiz məlumata əsasən, Türkiyənin \"Fənərbaxça\" futbol klubunun prezidenti Əziz Yıldırım təcili xəstəxanaya aparılıb. Siasport.az saytı xəbər verir ki, dünəndən başlayaraq oyun alqı-satqısı ilə bağlı Türkiyənin bir neçə klub prezidenti və tanınmış futbolçuları həbs olunaraq sorğu-suala tutulublar. Onların arasında Ə.Yıldırım da var. Bu gün səhər isə \"Fənərbaxça\" prezidenti Ə.Yıldırımın saxlalanıldığı təcridxanada səhhəti birdən-birə pisləşib və onu təcili xəstəxanaya köçürüblər. Türkiyə mətbuatı xəbər verir ki, bu hadisələrdən şoka düşən \"Fənərbaxça\" prezidentinin hələ bir müddət ciddi həkim nəzarətində qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə