Andrey Arşavin Bakını tərifləməkdən doymur…

Andrey Arşavin Bakını tərifləməkdən doymur…

İngiltərənin "Arsenal" futbol komandasının rusiyalı yarımmüdafiəçisi Andrey Arşavin Rusiya KİV-lərinə verdiyi müsahibələrdə Azərbaycan haqqında tərif dolu fikirlərlə çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl ölkəmizdə olan rusiyalı ulduz futbolçu, Bakıya yalnız istirahət üçün gəldiyini, heç bir Azərbaycan klubu ilə danışıqlar aparmadığını açıqlayıb. O diqqətə çatdırıb ki, Azərbaycan onun çox xoşuna gəlib: "Əvvəllər Azərbaycan mənim nəzərimdə yalnız Bakı ilə assosiasiya edilirdi. İndi isə mən bu Şərq ölkəsinin başqa yerlərini də gördüm. Bura çox gözəldir. Bakı Şərqi və Qərbi özündə birləşdirən gözəl şəhərdir. O, bir tərəfdən Dubayı, bir tərəfdən Londonu xatırladır. Lakin bu ölkənin əsas sərvəti onun həssas, xeyirxah və qonaqpərvər xalqıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə