Rüstəm Abbasov “İnter”də baxışdadır

Rüstəm Abbasov “İnter”də baxışdadır

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışı keçən "İnter" klubu azərbaycanlı futbolçunu baxışa dəvət edib. Siasport.az saytı xəbər verir ki, bu oyunçu bir vaxtlar Azərbaycanın U-21 yığma komandasının şərəfini qorumuş Rüstəm Abbasovdur. Baxışa dəvət olunmuş oyunçu mərkəz müdafiəçidir. Ötən mövsümü Rüstəm Rusiyanın \"Tolyatti\" klubunda keçirib.

Qeyd edək ki,futbolçunun bu toplanış çərçivəsində keçirilən yoldaşlıq görüşlərində meydana çıxacağı gözlənilir. Bu oyunçunun \"İnter\"də qalıb-qalmayacağı isə yaxın vaxtlarda bilinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə