Pro kateqoriyalı kurslar başlayıb

Pro kateqoriyalı kurslar başlayıb
İyunun 27-dən etibarən Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi start götürüb. Siasport.az saytı xəbər verir ki, isveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsində yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzularında məşğələlər keçiriləcək. Kursların bu mərhələsi iyulun 2-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə