Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Coca-Cola Bottlers Ltd arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, sözügedən şirkətin baş meneceri Lisani Atasayan və media nümayəndələri iştirak ediblər. Beş illik müddəti əhatə edən müqavilə çərçivəsində AFFA və Coca-Cola şirkəti iki layihə-"U-13 Coca-Cola Liqa" və "Coca-Cola Məktəbli kuboku" yarışlarında əməkdaşlıq edəcəklər. Müqavilə müddətində Coca-Cola Bottlers Ltd tərəfindən AFFA-ya nəzərdə tutulan layihələr üçün 1 milyon 75 min ABŞ dolları məbləğində vəsait köçürüləcək.
Tədbirdə çıxış edən E.Məmədov son dövrlərdə Azərbaycan futbolunun inkişafından danışıb. O, inkişaf məqsədilə görülən işlərdən söz açıb. E.Məmmədov müxtəlif nüfuzlu şirkətlərin AFFA ilə əməkdaşlıq etdiyini, Coca-Cola Bottlers Ltd-nin də bu siyahıya qatılmasının Azərbaycan futbolunun inkişafına töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
Xüsusi hazırlanmış videoçarx nümayiş olunduqdan sonra şirkətin baş meneceri Lisani Atasayan çıxış edib. O, U-13 və məktəbli kubokuna dəstək haqqında sazişi xoşbəxtlik və iftixar hissi ilə imzaladığını bildirib. L.Atasayan bu əməkdaşlığın yeniyetmə futbolunun inkişafına dəstək verəcəyini deyib. Baş menecer sağlam həyat tərzinə dəstəyin təmsil etdiyi şirkətin prioritetləri sırasında olduğunu vurğulayıb.
Daha sonra E.Məmmədov və L.Atasayan müqaviləyə imza atıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB