“Xəzər Lənkəran” bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsinin hazırlıqlarına start verib
Avstriyanın İnsbruk şəhəri yaxınlığında yerləşən Folpmes şəhərciyində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsinin hazırlıqlarına start verib. Siasport.az saytı xəbər verir ki, ilk məşq bu gün yerli vaxtla saat 11:00-da başlayıb.
Məşqlərdə hazırki heyətdən Kamran Ağayev, Elnur Abdullayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Katalin Doman və Andrey Mureşan iştirak edirlər. Bundan əlavə hazırlıqlarda bir sıra yeni futbolçular da iştirak edir. Bu oyunçuların "Xəzər Lənkəran"a keçidi barədə danışıqlar artıq yekun mərhələsindədir. Komandanın digər futbolçuları isə düşərgəyə qarşıdakı bir neçə gün ərzində qoşulacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB