"Qalatasaray" gələn ay "Türk Telekom Arena"da "Liverpul"la qarşılaşacaq!
İstanbulun "Qalatasaray" futbol klubu, gələn ay dünyanın iki super futbol klubu ilə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, artıq sürətli transferlər həyata keçirməyə başlayan və "Çelsi"nin ulduz futbolçusu Didye Droqbanı "cim bom"un heyətinə qatmaq istəyən İstanbul klubunun rəhbərliyi, hazırlıq qarşılaşmaları keçirməyi də planlaşdırır. Belə ki, "sarı qırmızılılar", iyulun 24-də Almaniyada İtaliyanın "İnter" klubu ilə yoldaşlıq oyununa çıxacaq. Fatih Terimin rəhbərlik etdiyi "Qalatasaray" ilk sınaq qarşılaşmasını italyanlarla keçirsə də, iyulun 28-də "Türk Telekom Arena"da İngiltərənin "Liverpul" futbol klubu ilə açılış qarşılaşması oynayacaq. Artıq hər iki Avropa klubu ilə qarşılaşmalarla bağlı bütün detallar razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB