Jurnalist təşkilatından maraqlı təklif: “Fatih Terimə Bakıda heykəl qoyulsun”
"Jurnalistlər Sülh və İnkişaf Ugrunda" İctimai Birliyi, məşhur türkiyəli futbol mütəxəssisi, hazırda İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olan Fatih Terimə Bakıda abidə qoyulması ilə bağlı Gənclər və İdman Nazirliyinə təklif göndərəcək. Bu barədə qurumun rəhbəri Mətləb Salahov məlumat verib. Qurum rəhbəri deyib ki, F.Terim təkcə dünyada məşhur futbol mütəxəssisi kimi deyil, eyni zamanda türk dünyasının da cox sevdiyi bir insan kimi tanınır: "Biz hesab edirik ki, Bakıda, müvafiq stadionların birinin qarşısında F.Terimin abidəsinin ucaldılması, həm futbolun ölkəmizdə daha geniş təbliğ olunmasına yol açardı. Nəzərə almaq lazımdır ki, onun futboldakı uğurları, həm də bütün türk dünyasının tanınmasında böyük rol oynayıb. Bu iş baş tutarsa, bütün dünyada, xüsusi ilə türk dilli ölkələrdə çox sevilən bu insana Azərbaycandan hədiyyə olardı"-deyə M.Salahov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB