"Atletiko Madrid"in 3 ulduz futbolçusu "Qalatasaray"a gəlməkdən imtina edir?
İstanbulun "Qalatasaray" futbol klubu, "Atletiko Madrid"in 3 ulduz futbolçusunu transfer etdiyini açıqlasa da, nə İspaniya klubundan bir rəsmi məlumat var, nə də futbolçulardan. Siasport.az saytı xəbər verir ki, həttda bu transfer bilməcəsi o şəkil alıb ki, İspaniya mətbuatı belə, bu transferin şayiədən başqa bir şey olmadığını və bu 3 futbolçudan heç birinin, xüsusi ilə Diyeqo Forlanın karyerasnı Türkiyədə davam etdirməyə qəti olaraq müsbət yanaşmadığını yazır. Xüsusi ilə bu futbolçuların transfer qiyməti ilə bağlı İstanbul klubunun təklif etdiyi pulun onları qane etmədiyi də verilən məlumatlar sırasında yer alır. Belə görünür ki, ya "Atletiko Madrid" "cim bom"a "atıb", ya da "Qalatasaray" rəhbərlyi oxunmamış yasinə "amin" deyib...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB