İspaniyanın \"Valensiya\" futbol klubunda forma geyən futbol üzrə Türkiyə milli komandasının futbolçusu Mehmet Topal, haqqında gəzən söz-söhbətlərə son qoymaq üçün bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, \"yarasalar\"ın heyətində gündən-günə möhkəmlənən M.Topal, bu yaxınlarda yenidən Türkiyəyə qayıdacağı və guya keçmiş komandası olan \"Qalatasaray\"ın əzəli rəqibi olan \"Fənərbaxça\"da forma geyinəcəyi ilə bağlı gəzən şayiələri cəfəngiyyat adlandırıb. O ispaniyalı həmkarlarımıza verdiyi açıqlamada \"Valensiya\"da futbol oynamaqdan məmnun olduğunu və başqa bir kluba transfer olmağı fikirləşmədiyini dilə gətirib. Keçmiş \"qalatasaray\"lı deyib ki, o, ailəsinin və bu yaxınlarda doğulacaq körpəsinin gələcəyi üçün İspaniyada qalmağı düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB