İstanbulun "Beşiktaş" futbol klubunun 34 yaşlı ispaniyalı futbol ulduzu Quti Fernandez, artıq futbol həyatına elə "Beşiktaş"daca son vermək qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, İspaniyanın "Real Madrid" futbol klubunun əfsanələrindən sayılan Quti, bu ölkənin dövlət televiziyası olan "TVE"-yə verdiyi açıqlamada, eyni zamanda "Real"dan ayrılmasının Joze Maurinyonun baş məşqçi təyinatı ilə heç bir əlaqəsinin olmadığını da dilə gətirib. O bildirb ki, həm o, həm də Raul Qonzales gec-tez kral klubundan getməli idilər və bunu da ediblər. İspaniyalı ulduz futbolçu, həmişə olduğu kimi yenə də "Beşiktaş" azarkeşlərinə təriflər yağdıraraq deyib ki, İstanbulda futbol oynamaqdan çox məmnundur. Həm azarkeşlərdən, həm də Türkiyədən razılıq edən Quti, futbol butsilərini də elə İstanbulda asılqandan asaraq futbola vəda edəcəyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB