İspaniyanın "Real Madrid" futbol klubunun braziliyalı ulduz futbolçusu Kaka, futbol üzrə Braziliya milli komandasının heyətində çıxış etməkdən imtina edib. Siasport.az saytı xəbər verir ki, bu barədə Braziliya millisinin baş məşqçisi Mano Menezes məlumat verib. O bildirib ki, bir neçə gün bundan əvvəl Kaka ona telefon vasitəsi ilə Amerika Kuboku qarşılaşmalarında meydana çıxmaq istəmədiyini və ondan bu xahişini nəzərə almasını istəyib. Səbəb isə, braziliyalı futbol ulduzunun hələ də zədədən əziyyət çəkməsidir. Bu yaxınlarda əməliyyat olunan futbolçu, yenidən zədələnmək risqini nəzərə alaraq belə bir xahişlə baş məşqçiyə müraciət edib. M.Menezes, həmçinin "Real"ın daha bir ulduz futbolçusu Marsillyanın da zədə ucbatından qarşıdakı kubok qarşılaşmalarında heyətə cəlb olunmayacağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB