Sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kuboku yarışları keçiriləcək

Sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kuboku yarışları keçiriləcək
İyunun 23-26-da Şağan Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kuboku yarışları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda 300 idmançı birincilik uğrunda mübarizə aparacaq. Yarışların baş hakimi Ramil Mahmudov olacaq. Turnirdə qalib gələn samboçular Azərbaycan yığma komandasının heyətinə cəlb olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə