Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükür millət vəkili seçilib. Siasport.az saytı xəbər verir ki, veteran futbolçu dünən keçirilən parlament seçkilərində mandat qazanıb. \"Qalatasaray\"ın və Türkiyə millisinin 40 yaşlı fəxri futbolçusu artıq siyasətə atılıb. Belə ki, hakim partiyadan - AKP-dən İstanbul 3-cü bölgədən namizəd olan Hakan Şükür qələbə qazanıb. Artıq o, Türkiyə Böyük Millət Məclisinin üzvüdür.
Qeyd edək ki, AKP seçkidə 50 faizdən artıq səs toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB