“AKKORD” Avropa çempionatında ilk qələbəsini qazandı

“AKKORD” Avropa çempionatında ilk qələbəsini qazandı

İyunun 10-da Slovakiyanın Bratislava şəhərində otüstü hokkey üzrə kişi və qadınlar arasında növbəti Avropa Çempionlar Kubokunun "Çelenc IV" turnirinə start verilib.

SİA-nın xəbərinə görə, çempionatın ilk günü adıçəkilən A qrupunda mübarizə aparan "AKKORD" komandası Sloveniyanın "Moravski Toplitse" komandası ilə qarşılaşıb. Nəticədə "AKKORD" komandası "Moravski Toplitse" komandasına 10:2 hesabı ilə qalib gəlib. Oyunda "AKKORD" komandasının hücumçusu Saleh Balamiyev rəqib qapısından 5 top keçirib.

Qeyd edək ki, "AKKORD" komandası iyunun 11-də Türkiyənin "Qaziantep Polisgücü", iyunun 12-də isə Slovakiyanın "Raca" komandası ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə