Fatih Terim ilk imtahanını "İnter" qarşısında verəcək!

Fatih Terim ilk imtahanını "İnter" qarşısında verəcək!
İstanbulun "Qalatasaray" futbol klubu, iyulun 24-də İtaliyanın "İnter" futbol klubu ilə "Türk Telekom Arena"da qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, artıq Milan təmsilçisi İstanbul nəhənginin təklifini qəbul edib. Bu qarşılaşma, daha çox "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin, yeni mövsümdə ilk sınaq oyunu olacaq. "İmperatir" isə, İtaliyanın və dünyanın ən güclü komandalarından biri ilə "Türk Telekom Arena"da qarşılaşmadan məmnun olduğunu deyərək, bu qarşılşmanın daha çox yeni heyətin sınanması baxımından da olduqca önəmli olacağını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə