Hazırda Hollandiyada təlim-məşq toplanışında olan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası dünən Niderland yığması ilə 2-ci yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, təəssüf ki, qızlarımız 2 gün əvvəl ilk qarşılaşmada olduğu kimi (0:2) yenə də məğlubiyyətə uğrayıblar -1:3. Birinci hissədə rəqib qapısından 1 top keçirən yerli hokkeyçilər fasilədən sonra da fəal oynayaraq daha 2 qol vurmağı bacarıblar. Millimizin üzvlərinin rəqib qapısından keçirdiyi yeganə qol isə təskinlikdən başqa heç nəyi dəyişməyib.
Yığmamız Hollandiya klubları ilə daha 2 sınaq oyunu keçirdikdən sonra (iyunun 10-u və 12-si) iyunun 14-də İrlandiyanın paytaxtına gedəcək. Dünya reytinq sıralamasında 14-cü yerdə qərarlaşan qadın otüstü hokkeyçilərimiz iyunun 18-də Beynəlxalq Hokkey Federasiyasının təşkilatçılığı ilə reytinq cədvəlinin 2-ci səkkizliyində yer alan milli komandalarla "Çelenc" yarışında mübarizəyə qoşulacaq. Dublin şəhərində "B" qrupunda hokkeyçilərimizin rəqibləri İspaniya (18 uyun), İrlandiya (19 iyun) və Hindistan (21 iyun) komandaları olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB