Berti Foqts: \"Qazaxıstan yığması qələbəyə layiq idi\"

Berti Foqts: \"Qazaxıstan yığması qələbəyə layiq idi\"
Astana şəhərində keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: \"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Qazaxıstan yığması 90 dəqiqə sürətli oynadı. Bizim isə 14 günlük hazırlıqdan sonra belə oyunumuz və nəticə məni təəssüfləndirdi. Biz öz oyunumuzu nümayiş etdirmək istəsək də alınmadı. Öz səhvlərimizdən öyrənməliyik. Bu, tək mənim yox, həm də klubların işidir. Futbolçuların fiziki hazırlığı üzərində çalışmalıyıq. Rəqib sürətli futbol oynadı və bunun qarşısını ala bilmədik. Bu gün bəxt də Qazaxıstan yığmasının tərəfində idi. Məğlubiyyətdən sonra kimisə günahlandırmaq ən asan iş olardı. Sözsüz ki, hakim səhvi vardı. Ancaq hakim fiti səsləndirmədiyindən, Rəşad Sadiqov sona kimi oynamalı idi. Mən futbolçulara demişdim ki, hakim Britaniyadan olduğundan, hər qayda pozuntusuna görə fit səsləndirmir\".

Bütün xəbərlər Facebook səhifəmizdə