19 yaşı var, dünya rekordu qırdı

19 yaşı var, dünya rekordu qırdı

19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1 500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə yeni dünya rekordu müəyyənləşdirib. Parisdə keçirilən Avropa çempionatının finalında o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edib.

Əvvəlki rekord amerikalı Bobbi Finkə məxsus olub. O, Paris Olimpiadasında məsafəni 14 dəqiqə 30,67 saniyəyə qət edib.

Bu növdə Avropa çempionatının gümüş medalını macarıstanlı Zalan Şarkan, bürünc medalını isə almaniyalı Oliver Klemet qazanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə